20 İyun Dünya Qaçqınlar Günüdür. Azərbaycandan da əsasən Ermənistandan çıxarılan və ərazisi işğal olunan rayonlardan qovulan 1 milyona yaxın qaçqın və məcburi köçkünlər yaşayır. Müxtəlif illərdə və müxtəlif bölgərlərdə Azərbaycan köçkünlərinin dərdli həyatından çəkdiyimiz fotolar.
Dünya Qaçqınlar Günü: Azərbaycan qaçqınlarının həyatı fotolarda
![Bakı ətrafında bir zavodun həyəti. Dağlıq Qarabağdan didərgin düşmüş 20-ə yaxın ailə 15 ilə yaxındır ki, bu zavodun içində yaşayırlar.](https://d1sszhy9iwab4n.cloudfront.net/e5494436-d099-4052-a3b7-85161c033b77_w1024_q10_s.jpg)
5
Bakı ətrafında bir zavodun həyəti. Dağlıq Qarabağdan didərgin düşmüş 20-ə yaxın ailə 15 ilə yaxındır ki, bu zavodun içində yaşayırlar.
![Bakı ətrafında bir zavodun həyətəti. Dağlıq Qarabağdan didərgin düşmüş 20-ə yaxın ailə 15 ilə yaxındır ki, bu zavodun içində yaşayırlar.](https://d1sszhy9iwab4n.cloudfront.net/affd94a0-2e7e-4dfe-b55b-64910ab0a487_w1024_q10_s.jpg)
6
Bakı ətrafında bir zavodun həyətəti. Dağlıq Qarabağdan didərgin düşmüş 20-ə yaxın ailə 15 ilə yaxındır ki, bu zavodun içində yaşayırlar.
![Ağcabədi rayonunda "Taxta körpü" adlanan yerdə məskunlaşmış məcburi köçkünlər. Onlar deyir ki, əvvəllər ümid edirdik ki, tezliklə işğal olunmuş torpaqlarımıza qayıdacağıq. İndi isə ən böyük arzumuz bu "Fin evləri"-indən yeni evlərə köçməyimizdir. Çünki, Fin evləri qışda çox soyuq, yayda isə ilanlarla dolu olur.](https://d1sszhy9iwab4n.cloudfront.net/8c254edb-c2c2-416a-b09f-f9a338e5b4ff_w1024_q10_s.jpg)
7
Ağcabədi rayonunda "Taxta körpü" adlanan yerdə məskunlaşmış məcburi köçkünlər. Onlar deyir ki, əvvəllər ümid edirdik ki, tezliklə işğal olunmuş torpaqlarımıza qayıdacağıq. İndi isə ən böyük arzumuz bu "Fin evləri"-indən yeni evlərə köçməyimizdir. Çünki, Fin evləri qışda çox soyuq, yayda isə ilanlarla dolu olur.
![Ağcabədi rayonunda "Taxta körpü" adlanan yerdə məskunlaşmış məcburi köçkün ailəsi. Kişi kor, qadın isə kardır. Onların dolanışığı birlikdə aldıqları 150 azn-ə yaxın pensiyalarıdır.](https://d1sszhy9iwab4n.cloudfront.net/7f63d77d-5f4e-4ee8-bb60-be639d451a1f_w1024_q10_s.jpg)
8
Ağcabədi rayonunda "Taxta körpü" adlanan yerdə məskunlaşmış məcburi köçkün ailəsi. Kişi kor, qadın isə kardır. Onların dolanışığı birlikdə aldıqları 150 azn-ə yaxın pensiyalarıdır.