Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanıb.
Muxtar Babayev Azərbaycanın ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Embaer-190" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub.
Legitimliyi beşinci prezident Salome Zurabişvili, müxalifət və Gürcüstan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən tanınmayan Gürcüstan parlamenti 49 deputatın səlahiyyətlərinə xitam verib.
Azərbaycan Ukraynaya humanitar yardım məqsədilə 1 milyon ABŞ dolları vəsait ayırıb.
Üsyançıların liderindən Suriyanın aralıq prezidentinə çevrilmiş Əhməd əş-Şaraa dekabrda Dəməşqdə hakimiyyəti ələ keçirəndən xeyli xarici təmsilçini qəbul edib. Amma onların içində İrandan gələn olmayıb.
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı.
Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-yə səfəri çərçivəsində "Atlantic Council" beyin mərkəzində keçirilən tədbirdə Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışıb.
Tramp administrasiyası Ukraynada seçki keçirilməsini istəyir.
ABŞ prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasından çəkildiyini və BMT-nin fələstinli qaçqınlara yardım agentliyinə maliyyə dəstəyi ayırmayacağını bəyan edib.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb.
Tacikistanda müstəqil medianı hədəf alan yeni repressiya dalğasında veteran jurnalistlərdən biri bölgə məmurlarını tənqid etdiyi üçün həbsə atılıb.
Davamı