Bir çoxlarımızın adını eşidib, amma görmədiyimiz Qaxın İlisu kəndi. Abbas Atilayın fotoları bu dəfə hər yay turistlərlə dolu olan bu kənddən danışır.
Rəngarəng və qədim İlisu kəndi.
![Qaxın İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir.](https://d34xy23xa7o0an.cloudfront.net/e0a3c6b1-af70-4333-a1e5-3e18084320dd_w1024_q10_s.jpg)
1
Qaxın İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə, dağlıq və sıx meşəliklərlə əhatə olunmuş mənzərəli bir yerdə yerləşir.
![Bu kəndində Qaxın iki çayı - Kürmükçay və Ağçay birləşir, kənd üçün gözəl mənzərə yaradır.](https://d34xy23xa7o0an.cloudfront.net/9630fc84-d0fa-4c2a-9925-b1bfb4423438_w1024_q10_s.jpg)
2
Bu kəndində Qaxın iki çayı - Kürmükçay və Ağçay birləşir, kənd üçün gözəl mənzərə yaradır.
![Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Kürmükçay üzərində salınmış Orta Əsrlər dövrünə aid Ulu Körpü.](https://d34xy23xa7o0an.cloudfront.net/51f37d85-27ec-455c-8e87-90597b8133e0_w1024_q10_s.jpg)
3
Bu çayların dərələri çox dərindir, özləri isə iti axır. Kürmükçay üzərində salınmış Orta Əsrlər dövrünə aid Ulu Körpü.
![İlisunu əhatə edən dağlıq meşələr, alp çəmənliklər İlisu dövlət təbiət qoruğuna daxildir. Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi.](https://d34xy23xa7o0an.cloudfront.net/f17d43b0-b394-4cad-9cd3-7778f8af2526_w1024_q10_s.jpg)
4
İlisunu əhatə edən dağlıq meşələr, alp çəmənliklər İlisu dövlət təbiət qoruğuna daxildir. Keçmişdə Baş Qafqaz dağ silsiləsində Dağıstana gedən karvan yolları məhz buradan keçirdi.