Soçi Qış Olimpiadasının qaranlıq qalan bəzi detalları, mülayim iqlimdə "qış oyunları", insan taleyi bahasına başa gələn gözəl binalar, pulsuz istismar edilən fəhlələr və s. Siz Abbas Atilayın Soçidən hazırladığı bu fotoreportajda daha çox şey görəcəksiniz.
Mülayim iqlimdə «qış oyunları»
![Krasnaya Polyana Rusiya Federasiyasının Krasnadar vilayətinin Soçi şəhərində Adler rayonu tərkibində bir qəsəbədir. Qəsəbə Qara dəniz sahillərindən 39 km aralıda, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir.](https://d1sszhy9iwab4n.cloudfront.net/0f139561-e66f-4caa-ada9-4ba1a136500f_w1024_q10_s.jpg)
1
Krasnaya Polyana Rusiya Federasiyasının Krasnadar vilayətinin Soçi şəhərində Adler rayonu tərkibində bir qəsəbədir. Qəsəbə Qara dəniz sahillərindən 39 km aralıda, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir.
![Soçinin dağ istirahət mərkəzləri məhz bu ərazidə yerləşir. Qarla örtülü hündür zirvələri olduğu üçün Soçi 2014 qış olmpia oyunları şəhərin digər bölgələri ilə yanaşı, burada da keçiriləcək.](https://d1sszhy9iwab4n.cloudfront.net/91001ac8-a8f7-4d2c-b6ed-1b54de3ebd70_w1024_q10_s.jpg)
2
Soçinin dağ istirahət mərkəzləri məhz bu ərazidə yerləşir. Qarla örtülü hündür zirvələri olduğu üçün Soçi 2014 qış olmpia oyunları şəhərin digər bölgələri ilə yanaşı, burada da keçiriləcək.
![Qış olimpia oyunlarından bəziləri bu qəsəbədə keçiriləcək deyə hal-hazırda qəsəbədə iri həcmli tikinti və yenidənqurma işləri aparılır.](https://d1sszhy9iwab4n.cloudfront.net/9fbd8da4-ccef-4c9a-89be-bd4917360f35_w1024_q10_s.jpg)
3
Qış olimpia oyunlarından bəziləri bu qəsəbədə keçiriləcək deyə hal-hazırda qəsəbədə iri həcmli tikinti və yenidənqurma işləri aparılır.
![Qəsəbə tərkibində salınması nəzərdə tutulan Olimpia şəhərciyində 1100 nəfərlik mehmanxana, istirahət mərkəzlərinin bəziləri Qış Olimpia oyunlarının başlamasına üç aydan daha az vaxt qalmasına baxmayaraq hələ da hazır deyil.](https://d1sszhy9iwab4n.cloudfront.net/4ff0884e-c73b-4097-a118-0c906af231ca_w1024_q10_s.jpg)
4
Qəsəbə tərkibində salınması nəzərdə tutulan Olimpia şəhərciyində 1100 nəfərlik mehmanxana, istirahət mərkəzlərinin bəziləri Qış Olimpia oyunlarının başlamasına üç aydan daha az vaxt qalmasına baxmayaraq hələ da hazır deyil.