Rusiya rəsmiləri Ukrayna hadisələrində öz iştiraklarını nə qədər inkar etsələr də, jurnalist tayfası Krımın anneksiyasının əsas memarı kimi məhz Vladimir Putini görür. Rusiya prezidenti Sovet keçmişinə olan hörmətini heç vaxt gizlətməyib, DTK keçmişi isə Putinin hansı dünyagörüşü sahibi olduğunun əsas göstəricisi olaraq qalır. Krım hadisələri sadəcə hamının təxmin etdiyinin növbəti təsdiqidir. Müxtəlif ölkələrdə Putini necə görürlər, qəzet və jurnallarının üz qabıqlarından Putin fotosessiyası
Rusiya ordusu Krımı, Putinin şəkilləri də jurnallarının üz qabığını zəbt edir
![Hollandiya dərgisi "Elsevier" isə sualı belə qoyur "Putin öz imkanlarını bilrimi?" (Söz oyunudur - eyni zamanda "Putin sərhədləri tanıyırmı?" kimi yozula bilər)](https://d1sszhy9iwab4n.cloudfront.net/c7633118-e79a-46bc-bc74-5252b8ab12ba_w1024_q10_s.png)
5
Hollandiya dərgisi "Elsevier" isə sualı belə qoyur "Putin öz imkanlarını bilrimi?" (Söz oyunudur - eyni zamanda "Putin sərhədləri tanıyırmı?" kimi yozula bilər)
![Böyük Britaniyanın The Spectator məşhur "Rus ayısı" simvolikasına qayıdır](https://d1sszhy9iwab4n.cloudfront.net/395d56de-2c47-40b1-8668-858ae1b08444_w1024_q10_s.jpg)
6
Böyük Britaniyanın The Spectator məşhur "Rus ayısı" simvolikasına qayıdır
![Rusiyanın "Argumenty i fakty" qəzetində Krım Rusiyaya tərəf üzən yelkənli qayıq kimi təqdim olunur](https://d1sszhy9iwab4n.cloudfront.net/2e2ae3ed-d4f2-4a01-b187-ccea76923ff8_w1024_q10_s.jpg)
7
Rusiyanın "Argumenty i fakty" qəzetində Krım Rusiyaya tərəf üzən yelkənli qayıq kimi təqdim olunur
![Rusiyanın "Novaya gazeta" hərbi kütbeynliyin zarafat ifadəsi olan "Sürətli tanklarda cəfəngiyyat yolu ilə irəli!" ifadəsini başlığa çıxarıb. Ətçəkən formasındakı top şəkli ilə qəzet iddia edir: "Ukraynanın müdafiəsi bəhanəsi ilə Moskva özünün sadə vətəndaşlarına zərbə vurmaq qərarına gəlir"](https://d1sszhy9iwab4n.cloudfront.net/f7a333ce-540b-4e88-b20d-4b4c432b60af_w1024_q10_s.jpg)
8
Rusiyanın "Novaya gazeta" hərbi kütbeynliyin zarafat ifadəsi olan "Sürətli tanklarda cəfəngiyyat yolu ilə irəli!" ifadəsini başlığa çıxarıb. Ətçəkən formasındakı top şəkli ilə qəzet iddia edir: "Ukraynanın müdafiəsi bəhanəsi ilə Moskva özünün sadə vətəndaşlarına zərbə vurmaq qərarına gəlir"