Moskvada Avropa oyunlarının təqdimat mərasimi keçirilib. Rusiyanın siyasət və mədəniyyət xadimlərinin iştirak etdiyi mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərək ilk Avropa oyunlarından, Azərbaycan və Rusiya arasındakı əlaqələrdən danışdı, onları Bakıda keçirələcək yarışlara baxmağa dəvət etdi
Mehriban Əliyeva: "Avropa oyunlarında 6 mindən artıq idmançı iştirak edəcək"
![Mehriban Əliyeva öz çıxışında Rusiyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatının işinin əhəmiyyətini qeyd etdi. Qızı Leyla Əliyeavının rəhbərlik etdiyi bu təşkilat, birinci xanımın sözlərinə görə, Azərbaycanlı gənclərə Rusiya cəmiyyətinə inteqrasiya olmaqda kömək edir ](https://d1sszhy9iwab4n.cloudfront.net/57c160c9-bbd9-41fc-8078-444e118965f0_w1024_q10_s.jpg)
1
Mehriban Əliyeva öz çıxışında Rusiyada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatının işinin əhəmiyyətini qeyd etdi. Qızı Leyla Əliyeavının rəhbərlik etdiyi bu təşkilat, birinci xanımın sözlərinə görə, Azərbaycanlı gənclərə Rusiya cəmiyyətinə inteqrasiya olmaqda kömək edir
![Moskvanın "Redisson Royal" (keçmiş Ukrayna) mehmanxanasının konqres mərkəzində keçirilən Avropa oyunları - Bakı-2015-in təqdimatında İlham Əliyevin yaxın ailə üzvləri də iştirak edirdilər. Şəkildə prezidentin kiçik qızı Arzu Əliyeva həyat yoldaşı, rusiyalı iş adamı Səməd Qurbanovla birlikdə ](https://d1sszhy9iwab4n.cloudfront.net/affd673e-1d96-4ca4-ab6e-0293385cc230_w1024_q10_s.jpg)
2
Moskvanın "Redisson Royal" (keçmiş Ukrayna) mehmanxanasının konqres mərkəzində keçirilən Avropa oyunları - Bakı-2015-in təqdimatında İlham Əliyevin yaxın ailə üzvləri də iştirak edirdilər. Şəkildə prezidentin kiçik qızı Arzu Əliyeva həyat yoldaşı, rusiyalı iş adamı Səməd Qurbanovla birlikdə
![Heydər Əliyev Fondu ilə yanaşı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi də Bakı-2015-in təqdimat mərasiminin təşkilində iştirak edib. Şəkildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezidentinin yaxın ailə üzvləri ilə birlikdə ](https://d1sszhy9iwab4n.cloudfront.net/f371847a-1b98-4570-b5e6-c01d51505781_w1024_q10_s.jpg)
3
Heydər Əliyev Fondu ilə yanaşı Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi də Bakı-2015-in təqdimat mərasiminin təşkilində iştirak edib. Şəkildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan prezidentinin yaxın ailə üzvləri ilə birlikdə
![Mərasimdə 1-ci Avropa oyunları təşkilat komitəsinin sədri qismində çıxış edən Mehriban Əliyeva bildirdi ki, gəncliyi və tələbə illərini keçirdiyi Moskva xoş xatirələrlə yadındadır. Azərbaycan-Rusiya münasibətlərindən danışaraq, birinci ledi Azərbaycanda Slavyan universitetinin, Lomonosov adına MDU filialının və 300-ə qədər rusdilli orta məktəblərin fəaliyyət göstərdiyini dedi və Avropa Şurasında Azərbaycan nümayəndələrinin tam heyətdə Rusiyaya qarşı qətnamənin əleyhinə səs verdiyini xatırlatdı. ](https://d1sszhy9iwab4n.cloudfront.net/96d99d7a-35ac-45b3-82d3-f8a0d1e2a088_w1024_q10_s.jpg)
4
Mərasimdə 1-ci Avropa oyunları təşkilat komitəsinin sədri qismində çıxış edən Mehriban Əliyeva bildirdi ki, gəncliyi və tələbə illərini keçirdiyi Moskva xoş xatirələrlə yadındadır. Azərbaycan-Rusiya münasibətlərindən danışaraq, birinci ledi Azərbaycanda Slavyan universitetinin, Lomonosov adına MDU filialının və 300-ə qədər rusdilli orta məktəblərin fəaliyyət göstərdiyini dedi və Avropa Şurasında Azərbaycan nümayəndələrinin tam heyətdə Rusiyaya qarşı qətnamənin əleyhinə səs verdiyini xatırlatdı.