Sentyabrın 23-də Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışı olub. Yenidənqurmadan sonra bu məscid Avropada ən böytük məscid hesab olunur. Onun sahəsi 20 dəfə böyüdülüb və 19 min kv metr olub. Burda 10 min adam eyni vaxtda ibadət edə bilər. Minarələrin hündürlüyü 78 metrdir. Onlar qızılla örtülüb.
Məscidin restavrasiyası 170 milyon dollara başa gəlib. Bunun əsas hissəsi ianələrdir. Əsas ianəni iş adamı Süleyman Kərimov verib. İanələrin böyük hissıəsi Türkiyədən də gəlib və Türkiyə ustalar göndərib. Fələstin lideri Mahmud Abbas Fələstin uşaqları adından 25 min dollar ianə verib.
Moskvada Avropanın ən böyük məscidi açıldı
![Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışı olub](https://d1sszhy9iwab4n.cloudfront.net/9f8d93cb-4dc4-4b60-b0cc-00c242ef2b36_w1024_q10_s.jpg)
1
Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışı olub
![Açılışda Rusiya prezidenti V. Putin, Türkiyə prezidenti R.T. Erdogan və Fələstin lideri Mahmud Abbas da iştirak edib. ](https://d1sszhy9iwab4n.cloudfront.net/539bf07c-88cf-4b88-b4b0-fbb1909149ae_w1024_q10_s.jpg)
2
Açılışda Rusiya prezidenti V. Putin, Türkiyə prezidenti R.T. Erdogan və Fələstin lideri Mahmud Abbas da iştirak edib.
![Çeçen lideri R. Kadırov və Tatarstan rəhbəri Rustam Minnixanov məscidin açılışında ](https://d1sszhy9iwab4n.cloudfront.net/4ace4f38-3245-4e61-ae34-32c32b89309e_w1024_q10_s.jpg)
3
Çeçen lideri R. Kadırov və Tatarstan rəhbəri Rustam Minnixanov məscidin açılışında
![Moskvanın Mərkəzi Məscidi](https://d1sszhy9iwab4n.cloudfront.net/3fea17e0-e011-426b-ba68-81a850fb1db6_w1024_q10_s.jpg)
4
Moskvanın Mərkəzi Məscidi