18 Mart Referendumunun səsvermə mərhələsi geridə qaldı. Referendumun gedişini yaxından izləyən Azadlıq Radiosu müxbirlərinin çəkdiyi görüntülərlə burada tanış ola bilərsiniz.
“Azadlıq” radiosunun axşam proqramında efirə gedən “Referendum gündəliyi”ndə Mərkəzi Seçki Komissiyasının sözçüsü Azər Sarıyev bildirib ki, martın 18-də Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə seçki pozuntusu ilə bağlı şikayətlər daxil olmayıb. Lakin onun sözlərinə görə, MSK "Azadlıq" radiosunun internet səhifəsində yayılan məlumatlar üzrə araşdırma aparır. Sözçü məlumatların araşdırılmasından sonra onlara hüquqi nəticə veriləcəyini bildirib.