Biz ora çatanda 40-a yaxın polisin müşayiəti ilə fəhlələr linglə evlərin qarşısında sədd çəkmişdilər. Bəzi evlərin qapıları sındırılmışdı. Sakinlərdən xəsarət alanlar vardı. Hadisə yerinə təcili tibbi yardım maşınları çağırılmışdı.(Yazı videonun altında davam edir)
Sizin brauzer HTML5-i dəstəkləmir
Yeni prezident iqamətgahının əks-sədası
Qarşıdurmadan əvvəl sakinlərdən 50 nəfər Prezident Administrasiyasında, Nərimanov rayonu İcra Hakimiyyətində qəbulda olublar. Onlar köçürülmə ilə bağlı sərəncamın təqdim olunmasını və kompensasiya verilməsini tələb ediblər. Ancaq Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov sakinlərə deyib ki, bu məsələdə pul kompensasiyasından söhbət gedə bilməz.