Finalçılar bəlli olduqdan sonra püşk atıldı. Azərbaycanın bu dəfəki final nömrəsi 19 oldu.
Ell və Nikki Azadlıq Radiosuna müsahibəsində bildirib ki, onlar həyəcanlı olsalar da, bunu səhnədə göstərməməyə çalışıblar:
«Çünki auditoriyaya yaxşı mahnı, gözəl ifa və əla performans lazımdır».
Sizin brauzer HTML5-i dəstəkləmir
250 Plyus Eurovision 2011 - xüsusi buraxılış-5
Azərbaycan təmsilçiləri finala gedirlər
Dusseldorfda Eurovison 2011 müsabiqəsinin yarımfinalında Azərbaycan təmsilçiləri Eldar və Nigar ilk onluğa düşüblər. Siyahı aşağıdakı kimidir: Serbiya litva Yunanıstan Azərbaycan Gürcüstan İsveçrə Macarıstan Finlandiya Rusiya İslandiya
Müsabiqənin növbəti mərhələsi mayın 12-də olacaq.
Aysel Teymurzadənin gözləntiləri
Yarımfinal ərəfəsi Dusseldorfda Azərbaycan fanlarının sırasına Eurovision 2009 müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə də qoşulub. Müxbirlərimizin onunla ayaqüstü müsahibəsi:
Qeyri-rəsmi səsvermədə Azərbaycan birinci yarımfinalın qalibi oldu
Dusseldorfda Eurovision azarkeşlərinin təşkil etdikləri qeyri-rəsmi səsvermədə Azərbaycan birinci yarımfinalın qalibi seçilib.
Müsabiqənin mətbuat mərkəzində keçirilən səsvermədə iştirtakçı ölkələrin nümayəndə heyətinin, fan-klubların üzvləri ilə yanaşı, jurnalistlər də iştirak ediblər.
Təşkilatçılar AzadliqRadiosuna deyirlər ki, qeyri-rəsmi səsvermə son nəticəni əvvəlcədən göstərməsə də, hər halda Azərbaycanın faktiki olaraq finala çıxmasının birbaşa təsdiqi ola bilər.
Müxbirlərimizin göndərdikləri ekslüziv video xəbərlər: