Oktyabrın 31-də «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi rayon Məhkəməsinin ayrı-ayrı qərarları barədə 4 apellyasiya şikayəti verilib.
Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.
Elçin Sadıqov deyib ki, apellyasiya şikayətləri Əvəz Zeynallının evində, ofisində, avtomobilində aparılan axtarışlar və barəsində həbs-qətimkan tədbirinin seçilməsindəndir.
Baş Prokurorluq onun deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edildiyini bildirir.
Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində Əvəz Zeynalov barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi başlanıb.