Rusiya rəsmiləri Ukrayna hadisələrində öz iştiraklarını nə qədər inkar etsələr də, jurnalist tayfası Krımın anneksiyasının əsas memarı kimi məhz Vladimir Putini görür. Rusiya prezidenti Sovet keçmişinə olan hörmətini heç vaxt gizlətməyib, DTK keçmişi isə Putinin hansı dünyagörüşü sahibi olduğunun əsas göstəricisi olaraq qalır. Krım hadisələri sadəcə hamının təxmin etdiyinin növbəti təsdiqidir. Müxtəlif ölkələrdə Putini necə görürlər, qəzet və jurnallarının üz qabıqlarından Putin fotosessiyası
Rusiya ordusu Krımı, Putinin şəkilləri də jurnallarının üz qabığını zəbt edir
![The Economist-in baş səhifəsində dərc olunan bu şəkili ancaq bir cürə yozmaq olar - "Krım hadisələrinin arxasında Putin durur"](https://d1sszhy9iwab4n.cloudfront.net/561b6831-7384-4f29-b676-247ae0919078_cx1_cy49_cw99_w1024_q10_r1_s.png)
1
The Economist-in baş səhifəsində dərc olunan bu şəkili ancaq bir cürə yozmaq olar - "Krım hadisələrinin arxasında Putin durur"
!["Putinin Krım müharibəsi. Rusiya hansı kartlarla oynayır? Polşanı hansı təhlükə gözləyir?" deyə Polşada dərc olunan həftəlik "Polityka" jurnalı sual edir](https://d1sszhy9iwab4n.cloudfront.net/65f73cd4-b605-4822-8823-946ba08e7df6_w1024_q10_s.jpg)
2
"Putinin Krım müharibəsi. Rusiya hansı kartlarla oynayır? Polşanı hansı təhlükə gözləyir?" deyə Polşada dərc olunan həftəlik "Polityka" jurnalı sual edir
!["Newsweek" həftəliyinin Polşa dərgisi isə soyuq müharibə illərində Sovetlər haqda işlədilən məşhur "Şər imperiyası" ifadəsinə qayıdır](https://d1sszhy9iwab4n.cloudfront.net/d5891b0b-a110-45ff-a2dd-5e11a6441c4e_w1024_q10_s.jpg)
3
"Newsweek" həftəliyinin Polşa dərgisi isə soyuq müharibə illərində Sovetlər haqda işlədilən məşhur "Şər imperiyası" ifadəsinə qayıdır
!["Arsonist Putini kim dayandıracaq?" deyə Almaniyanın Der Spiegel jurnalı soruşur (Arsonist, qisas məqsədilə başqalarının mülkiyyətini yandıran adamlara deyilir)](https://d1sszhy9iwab4n.cloudfront.net/337ba8e4-9aa8-4e30-b78f-2f6c7498464b_w1024_q10_s.jpg)
4
"Arsonist Putini kim dayandıracaq?" deyə Almaniyanın Der Spiegel jurnalı soruşur (Arsonist, qisas məqsədilə başqalarının mülkiyyətini yandıran adamlara deyilir)