Tramp administrasiyası Ukraynada seçki keçirilməsini istəyir.
Üsyançıların liderindən Suriyanın aralıq prezidentinə çevrilmiş Əhməd əş-Şaraa dekabrda Dəməşqdə hakimiyyəti ələ keçirəndən xeyli xarici təmsilçini qəbul edib. Amma onların içində İrandan gələn olmayıb.
ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb.
Tacikistanda müstəqil medianı hədəf alan yeni repressiya dalğasında veteran jurnalistlərdən biri bölgə məmurlarını tənqid etdiyi üçün həbsə atılıb.
Bu gün, fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşəcək.
ABŞ prezidenti Donald Tramp yeni tətbiq etdiyi ticarət tarifləri səbəbindən amerikalıların iqtisadi ağrılarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Artıq bir neçə aydır ki, minlərlə şimali koreyalı əsgər Rusiya qoşunlarının tərkibində Ukrayna qüvvələrini Rusiya ərazisindən çıxarmağa çalışır.
ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət xərclərini hədəf alan bir sıra icra qərarları fonunda Vaşinqtonun əsas beynəlxalq yardım qurumunun fəaliyyətini dayandırmağa hazır görünür.
Ötən ilin oktyabrında rusiyalı deputat Sergey Mironov hər il Rusiyaya gedən milyonlarla özbəklə bağlı viza məhdudiyyətləri qoymağı təklif etmişdi. Bu təklif Özbəkistanda narazılıq yaratmışdı.
Əhalisinin əksəriyyəti müsəlman olan Mərkəzi Asiya ölkələri arasında islam niqabını qadağan edən ən son ölkə Qırğızıstandır.
Türkmənistanda yaşlı vətəndaşlar hər il iki dəfə avtoritar hökumətə hələ də sağ olduqlarını və pensiya almaq hüququna malik olduqlarını göstərən sənədləri təqdim etməlidirlər.
ABŞ prezidenti Donald Trampın Qəzza zolağını "təmizləmək" və fələstinliləri qonşu ölkələrə köçürmək təklifi müttəfiqlər və ərəb dövlətləri tərəfindən tənqid olunub və rədd edilib.
Davamı